Xəbər lenti

Gəncədə mikroavtobus aşdı: ölən və xəsarət alanlar var - FOTOLAR
Ölkə12:54 01.02.2017

Gəncədə mikroavtobus aşdı: ölən və xəsarət alanlar var - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə mikroavtobus aşıb. İstiPress-in Qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin şərq çıxışında qeydə alınıb. Gəncədən Bakı istiqamətində hərəkətdə olan “Mecedes Vito”  markalı mikroavtobus aşıb.
Hadisə zamanı avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdlü Elşad Tağıyev ölüb, üç nəfər böyük, iki nəfər azyaşlı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzaya yolun buz bağlamasının səbəbə olduğu bildirilir.
Xəsarət alan 3 nəfər ambulator müalicəyə buraxılıb. Bu barədə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, onlara ilkin tibbi yardım göstəriləndən sonra vəziyyətləri normallaşıb.
Faktla bağlı Gəncə şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.
Qaynarinfo.Az