Xəbər lenti

Gəncədə müdhiş olay - VİDEO
Ölkə08:36 08.08.2013

Gəncədə müdhiş olay - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhəri Ordubadi küçəsi ev 95-də yaşayan Cəlalova Məhəbbət Gəncənin Nizami rayonunun icra hakimiyyətinin Gündüz adlı işçisi tərəfindən döyüldüyünü iddia edir. Bu barədə “Azadlıq”a Məhəbbət Cəlalova özü bildirib. Şikayətçinin sözlərinə görə, iki otaqlı evi qanunsuz olaraq sökülüb.

Söküntü zamanı Məhəbbət Cəlalova evin sənədlərini icra hakimiyyətinin adıçəkilən işçisinə təqdim etsə də, nəticəsi olmayıb. “Məni döydülər. Vəziyyət ağırlaşdı. Hətta hadisə yerinə təcili-tibbi yardım da gəldi. Baş verənlərlə bağlı Daxili Işlər Nazirliyinin ”102" xidmətinə zəng vurdum. Nəticəsi olmadı. Evimi də yerlə-yeksan elədilər. Prezident Ilham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edirəm. Onlardan mənə qarşı bu haqsızlığa son qoyulmasını  xahiş edirəm".

Qaynar.info