Gəncədə bədbəxt hadisə baş verib.
Qaynarinfo-nun APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı parkında qeydə alınıb.
Belə ki 2010-cu il təvəllüdlü N.Abbasova sözü gedən parkda quraşdırılmış karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb.
Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Hadisənin baş vermə səbəbləri araşdırılır.