Xəbər lenti

Gəncədə partlayış zamanı ölənlər vəzifəli şəxsin yaxın qohumları imiş
Ölkə05:50 22.11.2018

Gəncədə partlayış zamanı ölənlər vəzifəli şəxsin yaxın qohumları imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş dəhşətli partlayışda ölən ana və oğlu İqtisad Universitetinin Zaqatala filialının direktoru, professor Orucəli Rzayevin yaxın qohumları imiş.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından meyiti çıxarılan 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı direktorun gəlininin anası, yəni qudasıdır. Hadisə nəticəsində 47 yaşlı qadının oğlu, 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlu da həlak olub.
Bildirilir ki, Nigar Tağıyeva həmin mənzildə yaşamırmış və ora qonaq gedibmiş.
Qeyd edək ki, partlayış nəticəsində binanın bir hissəsi çöküb, ümumilikdə 3 nəfər vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.