Xəbər lenti

Gəncədə prezidentin tapşırığı müzakirə olundu
Ölkə13:33 04.04.2014

Gəncədə prezidentin tapşırığı müzakirə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə dövlət başçısının tapşırığı ilə keçirilən əhalinin tibbi müayinəsinin gedişi müzakirə edilib

4 aprel 2014-cü il tarixdə YAP Gəncə şəhər Təşkilatının Qərarqahında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə səhiyyə işçilərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinəsi ilə bağlı Gəncə şəhərində keçirilən tədbirlərə həsr olunmuş yığıncağı keçirilib.

Tədbiri şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov açaraq bildirib ki, 2014-cü il fevral ayından respublikamızın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri yüksək səviyyədə yerinə yetirilir. Qeyd olunmalıdır ki, şəhərdə gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır.

Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev məlumat verərək bildirdi ki, 17 fevraldan 1 aprel 2014-cü il tarixədək  tibbi profilaktik müayinələrdən30 549 nəfər keçib və əhalinin tibbi müayinəsi may ayınadək yüksək səviyyədə və uğurla davam edəcək.

İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev, 2 saylı poliklinikanın baş həkimi İsa Babayev, 1 saylı poliklinikanın baş həkimi Xalidə Qasımova çıxışlarında ən zəruri məsələ olan insanların sağlamlığının qorunması,xəstəliklərin vaxtında aşkar edilməsi və müalicə olunması istiqamətində bütün tədbirlərin mütəşəkkil və yüksək səviyyədə həyata keçirildiyini bildirdilər.

Ziyalılar  adından GDU-nun professoru Mübariz Yusifov ölkə başçısı tərəfindən əhalinin sağlamlığının qorunması ilə bağlı atılan humanist addımları, hər bir Azərbaycan vətəndaşına göstərilən qayğını  yüksək  dəyərləndirdi və  dərin minnətdarlığını bildirdi.

Sonra tibbi aksiya çərçivəsində keçirilən tədbirlərdə fərqlənən səhiyyə işçilərinə Fəxri fərmanlar verilib.

Səhiyyə işçilərindən bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Partiya sıralarına yeni qəbul olunan səhiyyə işçilərini təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Qaynar.info