
Gənclər Paytaxtı seçilmiş Gəncədə bir qrup fəal gənc YAP Gəncə şəhər Təşkilatı ilə birgə həmişə olduğu kimi, bu il də 28 May – Respublika Gününü yüksək təntənə ilə qeyd ediblər.
Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 96 illiyi munasibətilə keçirilən ümumşəhər toplantısında xüsusi dəst-xətləri ilə seçilərək öz sevgilərini, ehtiramlarını, vətənpərvərlik duyğularını bildiriblər.
Sinələrində eks-prezident Heydər Əliyevin portreti əks olunmuş xüsusi geyimli, dövlət bayrağının simvolik əksini üzlərinə və qollarına çəkən gənclər böyük qürur və iftixar hissi ilə əllərində Azərbaycanın üçrəngli Dövlət bayrağını əzəmətlə dalğalandıraraq, tədbirin ön cərgəsində yer tutublar.
Qeyd edək ki, gənclər iki şüarla - “Yaşasın müstəqil Azərbaycan!”, “Eşq olsun, gənclərin lideri cənab İlham Əliyevə!” tədbirə qatılıblar.
Qaynar.info






