Xəbər lenti

Gəncədə süni göldə suyun səviyyəsi yenidən artıb (FOTO/VİDEO)
Ölkə16:36 28.05.2023

Gəncədə süni göldə suyun səviyyəsi yenidən artıb (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub.
FHN-dən Qaynarinfo-ya bildirilib ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda ətraf ərazilərin subasma riskinin aradan qaldırılması üçün göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.