Xəbər lenti

Gəncədə sürücü dispetçeri bıçaqlayıb
Ölkə06:04 10.12.2013

Gəncədə sürücü dispetçeri bıçaqlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə sərnişin daşıyan mikroavtobusun sürücüsü dispetçeri bıçaqlayıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gəncənin mərkəzində baş verib. Şəhərdə 14 saylı (Gülüstan yaşayış massivi) marşrut xətti üzrə sərnişin daşıyan mikroavtobusun sürücüsü, 30 yaşlı Tural Kazımovla həmin xətdə mikroavtobusların hərəkətinə nəzarət edən dispetçer, 36 yaşlı Elnur Həsənov arasında mübahisə yaranıb. Nəticədə T. Kazımov üstündə gəzdirdiyi bıçaqla E. Həsənovu bıçaqlayıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Qaynar.info