Xəbər lenti

Gəncədə toy günü bəy və gəlin bir ilkə imza atıb - FOTOLAR
Ölkə06:44 25.04.2014

Gəncədə toy günü bəy və gəlin bir ilkə imza atıb - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belə ki, 24 aprel 2014-cü il tarixində evlənən gənclərin təşəbbüsü ilə onların nigah mərasimi Gəncənin Heydər Əliyev Mərkəzində qeydiyyata alınıb.

Heydər Əliyev abidəsi önünə gül qoyan cütlük Əli Rzayev və Aytən Vəliyeva daha sonra mərkəzə daxil olaraq əlamətdar günlərini qeydiyyata aldırıblar.

Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova  tərəfindən yeni ailə quran cütlüklərin nigahı qeydə alınaraq onlara nigah haqqında şəhədətnamə təqdim edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından bəylə gəlinə qızıl və xalça hədiyyəsi təqdim edilib.

Bəy Əli Rzayev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onların bu təşəbbüsünün reallaşmasında əməyi olan insanlara minnətdarlıq bildirib. Ailə qurmağa hazırlaşan gəncləri bu ənənəni davam etdirməyə səsləyib. Bəy anası Əsmər Rzayeva da ailələrinin bu şad gününə şərik olduğu üçün Elmar Vəliyevə minnətdarlıq bildirib. 

Qaynar.info