
Gəncə şəhərindəki uşaq bağçasında yanğın baş verib.
Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 13.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən 44 saylı uşaq bağçasında baş verib. Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb edilib və tez bir zamanda alov söndürülüb.