Xəbər lenti

Gəncədə usta "KamAZ"ın yük yerinin altında qaldı
Ölkə15:05 26.05.2020

Gəncədə usta "KamAZ"ın yük yerinin altında qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə bədbəxt hadisə baş verib.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini 1990-cı il təvəllüdü Ə.H. "KamAZ”da qaynaq işləri apararkən avtomobilin yük yerinin altında qalıb. Nəticədə usta ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.