
Yaxın vaxtlarda Gəncədə müasir sərnişin vaqonlarının istehsalı müəssisəsinin inşasına başlanacaq
Bunu Gəncədə dəmiryol vağzalının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edən nəqliyyat naziri Ziya Məmmədov deyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncədəki dəmiryol deposunun bazasında yeni müasir vaqonların istehsalı müəssisəsinin tikilməsi nəzərdə tutulub. Artıq İsveçrənin “Staller” şirkəti ilə bununla bağlı danışıqların aparıldığını və razılıq əldə edildiyini söyləyən Ziya Məmmədov əlavə edib ki, layihə üzərində işlər yekunlaşdırıldıqdan sonra müəssisənin inşasına başlanacaq. /qafqazinfo
Qaynar.info