Xəbər lenti

Gəncədə yanğın: 15 nəfər təxliyə edildi
Ölkə05:30 04.09.2018

Gəncədə yanğın: 15 nəfər təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə və 5-ci mərtəbədə ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə, 1 otağın qapısı və pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.