Xəbər lenti

Gəncədə yüksək vəzifəyə təyinat oldu
Ölkə18:43 13.06.2020

Gəncədə yüksək vəzifəyə təyinat oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdiri vəzifəsindən işdən çıxarılan Ülfət Əhmədovun yerinə yeni təyinat olub. 
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, həmin vəzifəyə Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin müdiri vəzifəsində çalışmış Ayazi Paşayev təyin edilib. 
A.Paşayev bundan əvvəl "Kapital Bank”ın Göygöl rayon filialının müdiri vəzifəsində də çalışıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilovun və orada çalışan daha bir nəfər - Elçin Ələkbərovun işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinərək saxlanıldığı bildirilir.