Gəncədə 5 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mersedes" minik avtomobilində nasazlıq yaranıb. Bu zaman zəncirvarı qəza baş verib, "Mercedes", "VAZ 21011", "VAZ 2106", "QAZ 3110" və "Toyota Land Cruiser" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.