Xəbər lenti

Gəncədən İlham Əliyevə ad gün təbriki
Ölkə13:17 24.12.2013

Gəncədən İlham Əliyevə ad gün təbriki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə şəhərindən Qaynar.info-ya göndərilən müraciətdə bildirilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə hərtərəfli qayğısı bu günkü həyatımızın bütün sahələrində qazanılan görkəmli nailiyyətlərdə, uğurlarda özünü göstərir. 

Möhtərəm Prezidentimizin 24 dekabr-Doğum Günü ərəfəsində Gəncədə daha böyük coşğu, təntənə və qaynarlıq hiss olunur. 

Şəhərin həyatında baş verən yeniliklər, bütün idarə və müəssisələrdə keçirilən tədbirlər gəncəlilərin sevimli rəhbərlərinə sonsuz sevgi və ehtiramlarının ifadəsidir. İDEA Təşkilatı və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında şəhərimizin sakinləri-ziyalılar, tələbələr, gənclər fəal iştirak edirlər. Bu aksiyada 52 min ağac əkilməsi nəzərdə tutulub.

Bir neçə gün bundan əvvəl Gəncə Regional “Asan Xidmət” Mərkəzinin, elə bu gün Gəncədə yaşayan məcburi köçkünlər üçün qəsəbənin istifadəyə verilməsi gəncəlilərin böyük sevincinə səbəb olub. Ölkə başçısı cənab İlham Əliyevə doğum günü münasibətilə göndərilən, saysız-hesabsız təbrik teleqramları, minnətdarlıq məktubları şəhər sakinlərinin rəğbətini, məhəbbət və sədaqətini ifadə edir".

Qaynar.info