Xəbər lenti

Gəncəli “qanuni oğru” Rusiyada tutuldu - FOTO
Ölkə19:36 14.07.2014

Gəncəli “qanuni oğru” Rusiyada tutuldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncəli “qanuni oğru”, 33 yaşlı Əli Heydərov Rusiyanın Sankt-Peterburq şəhərində tutulub.

Anspress-in məlumatına görə, Alik Rıjiy və ya Albert Gəncinskiy kimi də tanınan Əli Heydərova qarşı cinayət işi keçən ilin aprel ayından qaldırılıb.

O, 2012-ci ildə Arxangelsk şəhərindən Sankt-Peterburqa gəlib və orada Ded Hasanın tövsiyyəsi ilə ona “qanuni oğru” adı verilib. O, Rusiyaya 1996-cı ildə Gəncədən gedib.

Əli Heydərov Sankt-Peterburqda ucuz “Cip” satışı adı altında müştəriləri cəlb edərək qarət edən cinayət qruplaşmasına rəhbərlik edib.

Qaynar.info