Xəbər lenti

Gəncənin “Kimyaçılar” küçəsi genişləndirilir
Ölkə13:34 28.01.2014

Gəncənin “Kimyaçılar” küçəsi genişləndirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə şəhərində abadlaşdırma və yol strukturunun yenidən bərpası ilə bağlı işə başlanılıb.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədovun GanjaNews.az saytına verdiyi məlumata əsasən, hazırda eni 10 metr olan “Kimyaçılar” küçəsi genişləndirilərək 24 metrə çatdırılacaq. 

Küçənin səkiləri yenidən qurulacaq və yolun işıqlandırılması üçün dirəklər yolun orta hissəində qoyulacaq. Tam müasir görkəm alacaq küçənin başlanğıcında olan dairədə, Gəncənin 14 metr diametrində və 12 metr hündürlüyündə  fəvvarə inşa ediləcək.

Adı çəkilən küçədə yol yatağının tikintisi məqsədilə 3 metrə qədər dərinlikdə olan torpaq qatı qazılaraq götürülür və yerinə qum-çınqıl qarışığı əlavə edilir.

Bundan başqa “Kimyaçılar” küçəsinin sağ hissəsində təxminən 1,5 hektar ərazidə parkın salınması nəzərdə tutulub. Abadlaşdırılmasına başlanılan 2.300 metr uzunluğunda olan yolun Tağı Arani və Şah İsmayıl Xətai prospekti ilə kəsişmələrini əhatə edən yollara da asfalt salınacaq.

Qeyd edək ki, yolun abadlaşması həm tıxacların qarşısını alacaq, həm də sürücülərin daha da rahatlığını təmin edəcək.

Qaynar.info