Xəbər lenti

Gəncəyə raket atılması nəticəsində yaralanan 28 yaşlı qız vəfat etdi (RƏSMİ)
Ölkə13:39 12.10.2020

Gəncəyə raket atılması nəticəsində yaralanan 28 yaşlı qız vəfat etdi (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Prokurorluq erməni təxribatı ilə bağlı növbəti açıqlamanı yayıb. 
Qaynarinfo həmin açıqlamanı təqdim edir:
Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
Dərin təəssüf hissi ilə bildiririk ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.
Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.