
Bu gün Milliyyətçi gənclər, KXCP VƏ BAO (Bütöv Azərbaycan Ocaqları) gənclər təşkilatları Cənubi Azərbaycanda həbs olunan və aclıq edən soydaşlarımızla bağlı aksiya keçiriblər.
Aksiyada müsavatçı gənclər də iştirak ediblər.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, aksiya artıq sona çatıb. Aksiya zamanı insident yaşansa da, gənclərdən saxlanılanlar olmayıb.
Aksiyada 50 nəfərə yaxın gənc iştirak edib. "Səid Yürüş qəhrəman, yaşasın Bütöv Azərbaycan", "Rus, fars, erməni, bunlar türkün düşməni", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun" kimi şüarlar səsləndirilib.
Aksiya zamanı polislə iştirakçılar arasında qısamüddətli insident yaşanıb. Polislər gənclərin əlindəki plakatları alıb, cırıblar. Aksiya iştirakçıları "siyasi məhbuslara azadlıq" şüarları da səsləndiriblər.
Qaynar.info