Xəbər lenti

Gənclər dövlətdən təzminat istəyirlər - 38 MİN
Ölkə18:10 04.12.2013

Gənclər dövlətdən təzminat istəyirlər - 38 MİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AXCP Gənclər Komitəsinin üzvü Türkel Əlisoyun və gənc fəal Əli Səfərlinin işindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət olunub. 

Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib. Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinə göndərilən şikayətdə gənclərin sərbəst toplaşmaq, ifadə azadlığı, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunun, işgəncəyə və siyasi ayrı-seçkiliyə məruz qalmalarının tanınması və dəymiş mənəvi ziyana görə Azərbaycan dövlətinin onların hər birinə 19 min, bütövlükdə 38 min avro təzminat ödəməsi tələbləri qoyulub.

Türkel Əlisoy və Əli Səfərli Milli Şuranın oktyabrın 12-də Bakıda keçirdiyi mitinqdən sonra saxlanılıblar. Yasamal Rayon Məhkəməsi onları xuliqanlıqda təqsirli bilərək gənclərin hər birinə 15 sutka inzibati həbs cəzası verib. Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Qaynar.info