Xəbər lenti

Gənclərdən “Mesaj” var - VİDEO
Ölkə06:54 09.12.2013

Gənclərdən “Mesaj” var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Mesaj” adlı layihə icra edilir.

Qaynar.info
xəbər verir ki, layihənin əsas məqsədi gənclərin, xüsusilə xaricdə təhsil almış gənclərin təhsil, gənclik və gələcəklə bağlı mesajlarını cəmiyyətə çatdırmaqdır.

Layihə çərçivəsində ilk iş olaraq video-çarx hazırlanıb. Layihənin növbəti mərhələsi olaraq yaxın günlərdə gənclərin müəllif yazılarından ibarət “Mesaj” adlı kitab çap olunacaq. Video-çarx və hazırlanmış kitabın Gəncə, Mingəçevir, Quba, Xaçmaz və Bakı şəhərində təqdimatları və gənclər arasında ictimai müzakirəsi təşkil olunacaq.

Layihənin rəhbəri Rövşən Nəcəfovdur.

Layihə “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası çərçivəsində davam etdirilir.

Qaynar.info