Gənclərə CV yazılışı və müsahibəyə hazırlıq mövzusunda təlim keçirilmişdir. Təlimin məqsədi gənclərin iş axtarışı prosesində uğur qazanmasına və peşəkar bacarıqlarını artırmasına dəstək vermək olmuşdur. Təlimi Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının əməkdaşı, karyera üzrə mütəxəssis Mikayıl Tağıyev tədris etmişdir.
Layihə rəhbəri Fərhad Abdulov qeyd etmişdir ki, "Öndə Gənclər" İctimai Birliyinin missiyası gənclərdə ömürboyu öyrənmə vərdişləri formalaşdıraraq onların əmək bazarında önə çıxmasını təmin etməkdir. Gənclər üçün "Marketinq Akademiyası" layihəsi də bu məqsədlə keçirilən layihələr arasındadır. Gənclərə marketinq bilikləri ilə yanaşı onların əmək bazarına inteqrasiyası üçün lazım olan digər köməkçi bacarıqlar da öyrədilir. CV və müsahibə hazırlığı təlimi də bu məqsədlə keçirilən təlimlərdəndir.
Təlimin sonunda iştirakçılar, CV-lərinin daha cəlbedici və beynəlxalq standartlara uyğun olmasını təmin etmək üçün müxtəlif praktiki məsləhətlər almış, həmçinin müsahibə zamanı özlərini daha inamlı və güclü təqdim etmək üçün faydalı biliklər əldə etmişdirlər. Bu təlim gənclərə yalnız peşəkar bacarıqlarını inkişaf etdirməyə deyil, həm də əmək bazarında uğurlu olmağa yönəlmiş əhəmiyyətli addımlar atmağa kömək etmişdir.
Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə və "Brandup” Marketinq və Dizayn Agentliyinin təşkilati dəstəyi ilə keçirilmişdir. "Öndə Gənclər" İctimai Birliyi gənclərin əmək bazarına hazır və rəqabətədavamlı fərdlər kimi öndə olmasını dəstələməkdə davam edir.
Layihə haqqqında daha ətraflı məlumat "Öndə Gənclər” İctimai Birliyinin instaqram səhifəsindən (@ondegencler) əldə etmək mümkündür.