Xəbər lenti

Gənclərin liderlik bacarığının inkişafına fürsət yaradılır
Ölkə12:17 19.02.2026

Gənclərin liderlik bacarığının inkişafına fürsət yaradılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Öndə Gənclər” (Öndə) İctimai Birliyi "LeadCraft – tarixi nümunələr üzərindən liderlik sənəti” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsinin qalibidir. Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (NAYORA) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə icra olunur.
Layihənin məqsədi Konstitusiyamızın müəllifi Heydər Əliyev və suverenliyimizi bərpa edən İlham Əliyevin liderlik nümunələri əsasında gənclərdə gələcəyin əsas bacarığı olan liderliyi inkişaf etdirməkdir.
"LeadCraft” layihəsi Şəki, Ağdaş, Zaqatala və Balakən rayon gənclərini əhatə edir. Layihədə hər rayonda 1 seminar olmaqla ümumilikdə 4 seminar təşkil olunacaq. Hər seminar 3 akademik saat davam edəcək və 2 modulluq proqram üzrə keçiriləcək.
Seminarlarda liderlik mövzusu tarixi nümunələr üzərindən işlənəcək. İştirakçılar Heydər Əliyev və İlham Əliyevin liderlik addımları və qərarvermə yanaşmaları əsasında mövzunu müzakirə edəcək, praktiki tapşırıqlar vasitəsilə tətbiqi biliklərini gücləndirəcəklər.
Layihə üzrə hər rayondan 25 nəfər olmaqla ümumilikdə 100 gəncin iştirakı nəzərdə tutulur. Layihə haqqında ətraflı məlumat və yeniliklər Öndə-nin rəsmi İnstaqram səhifəsində (@ondegencler) paylaşılacaq.