Xəbər lenti

"Gənclərin sahibkarlıq sektorunda fəal iştirakının dəstəklənməsi prortitet olmalıdır”- Deputat
Ölkə08:02 02.02.2022

"Gənclərin sahibkarlıq sektorunda fəal iştirakının dəstəklənməsi prortitet olmalıdır”- Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Son illər gənclər ölkənin ictimai həyatında daha aktiv şəkildə iştirak edirlər. Xüsusən də, son təynatlarda gənclərə üstünlük verilməsi də onların idarəetmədə də daha fəal iştirakından xəbər verir”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov 2 fevral Gənclər Günüdən danışarkən deyib. Onun sözlərinə görə, ölkəmizdə 10 milyon 119 min əhalinin 2 milyon 305 mini 14-29 yaş arasında olan vətəndaşlarımızdır:
"20-29 yaş arası gənclərin sayı isə 1 milyon 560 min nəfərdir. Dayanıqlı inkişaf inkluzivliyi tələb edir. Bu baxımdan, gənclərin iqtisadi proseslərdə daha yaxından iştirakı inkluziv inkişafın güclənməsi aspektindən önəmlidir. Xüsusən də, gənc sahibkarların dəstəklənməsi və start-up yaradıcılara dövlət dəstəyinin artırılması prioritet hesab olunur. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, innovasiya daha çox gənclərdən gəlir. Buna görə də artıq yeni dönəmdə gənclərin məşğulluğu, gənclərin sahibkarlıq sektorunda fəal iştirakının dəstəklənməsi daha da prortitet olmalıdır”.
Vüqar Bayramov bildirib ki, torpaqların işğaldan azad olunmasında gənclərimizin rolu əvəzsiz olub:
"Əminik ki, gənclərimiz region üçün yeni düzənin formalaşdığı bu mərhələdə də fəal şəkildə inkiluziv inkişafa dəstək olacaq. Gününüz mübarək, əziz gənclər”.
Bahar Rüstəmli