Xəbər lenti

"Gənclik Mall" qaranlığa qərq oldu
Ölkə11:48 24.01.2019

"Gənclik Mall" qaranlığa qərq oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ganclik Mall” ticarət mərkəzində işıqlar sönüb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Qafqazinfo”ya hazırda ticarət mərkəzində olan vətəndaşlar məlumat verib.
Onlar bildiriblər ki, sözügedən səbəbdən bütün müştərilər mağazalardan çıxarılıb. Lift, təhlükəsizlik sistemi və eskalatorlar fəaliyyətini dayandırıb.
"Ganclik Mall”un məlumat mərkəzindən bildirilib ki, texniki səbəblərdən hazırda bir neçə mağazanın işığı sönüb:
"Hazırda iş gedir, yaxın müddət ərzində problemin aradan qaldırılacağı gözlənilir. Giriş və çıxışda heç bir problem yoxdur, eskalator, lift və mağazalar fəaliyyət göstərir”.