Xəbər lenti

General: “Axtarılan şəxslərin tapılıb tutulması sahəsində fəaliyyətin nəticələri 4,4 faiz yaxşılaşıb"
Ölkə16:56 15.09.2018

General: “Axtarılan şəxslərin tapılıb tutulması sahəsində fəaliyyətin nəticələri 4,4 faiz yaxşılaşıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Cari ilin 8 ayında ölkə üzrə axtarılan şəxslərin tapılıb tutulması sahəsində fəaliyyətin nəticələri ötən ilin analoji dövrü ilə müqayisədə 4,4 faiz yaxşılaşıb”.
Qaynarinfo xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində (DİN) "Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində bayır xidmətinin fəaliyyətinin təşkili üzrə görülən işlər”in və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışın”ın vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclasında DİN Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov deyib.
General qeyd edib ki, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan təqsirləndirilən şəxslərin yerinin müəyyən edilərək tutulması istiqamətində görülən işlər, öz növbəsində əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşması, cinayətlər nəticəsində vurulmuş ziyanın ödətdirilməsi, zərərçəkmişlərin pozulmuş hüquqlarının bərpası, axtarışa elan olunanların təkrar cinayətlərinin qarşısının alınması, bütövlükdə vətəndaş məmnunluğunun təmin edilməsi kimi vacib məsələlərin həllinə xidmət edir.
"Bu baxımdan, əməliyyat şəraitinə və cinayətlərin açılmasına əhəmiyyətli təsiri baxımından təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılıb, kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunaraq fəaliyyətin daha da yaxşılaşdırılması üçün qərarlar qəbul edilib”, - deyə o bildirib.