İctimai fəal Bəxtiyar Hacıyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub.
Qaynarinfo xəbər verir ki, B.Hacıyevi idarənin rəisi, general-mayor Əbülfət Rzayev ictimai fəal qəbul edib.
Bu barədə o sosial şəbəkə hesabında yazıb:
"Mənə qarşı törədilmiş cinayətdən dörd gün keçib, məsələ nazirin nəzarətindədir, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi qəbul edib, CM-nin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb.
Sabah 5 gün keçəcək, hələ istintaqda kamera görüntüləri olmayacaq. DİN daxilində bir qurum digərinə sorğu göndərib, cavab gözləyəcək. 5 saat istintaqa kömək üçün vaxt sərf etmişəm, hələ ki, əldə bu gün çəkilən 5-6 fotodur. Əsas odur ki, "ərizə-izahat" sənədləşməsi yerində olsun”.
Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb. Həmin gün məsələ ilə bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbuln edilmişdi.
Aydın