Xəbər lenti

General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı
Ölkə07:18 16.11.2021

General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq korpus komandiri, general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, sabiq birlik komandiri general-mayor Hikmət Həsənovun ötən il noyabın 20-də tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci ( milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.