
General-mayor Lənkəran Əliyevə yeni mənzil verilib.
Hərbi mənbələrdən APA-ya bildirilib ki, L. Əliyevə verilən mənzil Müdafiə Nazirliyinin nəzdindəki binalardan birində yerləşir və 3 otaqlıdır.
L. Əliyev APA-ya açıqlamasında Müdafiə Nazirliyi tərəfindən ona yeni 3 otaqlı mənzilin verildiyini təsdiqləyib: “Məhkəmə icraçıları tez-tez gəlib evi boşaltmağımı tələb edirlər. Lakin mənə yeni təklif olunan mənzil çox balacadır. Hələlik gözləmə mövqeyindəyəm, evimi boşaltmamışam və yeni mənzilə köçməmişəm”.