Xəbər lenti

General müşavirə zamanı rəisi işdən çıxardı
Ölkə13:45 25.11.2019

General müşavirə zamanı rəisi işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin "Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub.
DSX rəisi, general-polkovnik Elçin Quliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirilib ki, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə DSX-nin 55 hərbi qulluqçu sərhəd nəzarəti sahəsindən kənarlaşdırılıb. 
Onlar dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması nəticəsində işdən kənarlaşdırılıblar.