Xəbər lenti

General prezident tərəfindən cəzalandırılmasından danışdı
Ölkə09:14 21.07.2014

General prezident tərəfindən cəzalandırılmasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinov Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycandakı səfirliyində keçmiş prezident Eduard Şevardnadzenin vəfatı ilə bağlı anım mərasiminə gedən zaman yolda tıxacda qalması haqda bəzi mətbu orqanlarda yayılan məlumatları təkzib edib. 

 Qaynar.info xəbər verir ki, H.Şirinov publika.az-a açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: “Hamısı boş şeylərdir. Ümumiyyətlə, belə hadisə olmayıb”.

Ötən həftə prezidentin kortejindən xaric edilməsi barədə yayılan məlumatlara da toxunan H.Şirinov bildirib ki, hazırda hər şey normaldır:

 “Əvvəlki kimi hazırda da işimin başındayam. Hər şey normaldır. Yazılanlara əhəmiyyət vermirəm”.

Qaynar.info