General-mayor Etibar Hüseynovun qızı Kamilla Hüseynova boşandığı həyat yoldaşı, 1982-ci il təvəllüdlü Abdiyev Kamran Lətif oğlunu məhkəməyə verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Kamilla Hüseynovanın keçmiş ərini məhkəməyə verməsinə səbəb alimentin artırılması tələbidir.
Qeyd edək ki, Kamran Abdiyev bir neçə il əvvəl "Hundai” markalı avtomobillə həyətin darvazasını qıraraq, keçmiş qaynatası Etibar Hüseynova məxsus 90 FH 018 nömrəli nişanlı BMW, 90 FG 494 nömrəli nişanlı "Toyota” və 90 VX 949 nömrəli nişanlı "Mercedess Galendevagen” maşınlarının təkərlərini bıçaqla deşməsi ilə gündəmə gəlmişdi.
Xatırladaq ki, Etibar Hüseynov general-mayor rütbəsi daşıyır və hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutub. Eyni zamanda, o, Azərbaycanın keçmiş hərbi komissarı, Milli Məclisin sabiq deputatı, general-leytenant Əliağa Hüseynovun əmisi oğludur.
Əhməd
Şərhlər