XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

General rütbəsi verilən zabitlər kimdir? (FOTO)
Ölkə17:30 25.06.2026

General rütbəsi verilən zabitlər kimdir? (FOTO)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.
Qaynarinfo "Qafqazinfo”ya istinadən general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:
Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin müavini - Kadrlar idarəsinin rəisidir.

Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir.

Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.

Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir.