XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Generala 14 il “iş” istənildi - Zərərçəkənlər etiraz etdi
Ölkə11:59 26.07.2022

Generala 14 il “iş” istənildi - Zərərçəkənlər etiraz etdi

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, qurumun keçmiş əməkdaşları Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 
Qaynarinfo xəbər verir ki, prosesdə zərərçəkənlər vəsatət qaldırsalar da, təmin olunmayıb. 
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. O, Mövlam Şıxəliyevin 14, Vüsal Ələkbərovun 11, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Zərərçəkənlər məhkəmə istintaqının yekunlaşmasına etiraz ediblər. Onlar bu işdə adı hallanan, lakin azadlıqda olan şəxslərin də istintaqa cəlb olunmalı olduğunu bildiriblər.
Zərərçəkənlər həmçinin təqsirləndirilən şəxslərə daha ağır cəza verilməsini tələb ediblər. 
Vəkillər isə çıxış üçün vaxt istəyiblər. Bundan sonra hakim prosesi avqustun 30-na qədər təxirə salıb. 
Seyid