Xəbər lenti

Generalın qardaşı oğlu rəis gətirilir
Ölkə12:18 29.07.2015

Generalın qardaşı oğlu rəis gətirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nizami RPİ Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinatla bağlı məlumat yayılıb.   
Axar.az-a verilən qeyri-rəsmi məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun qardaşı oğlu Malik Ələkbərov bu posta təsdiqlənəcək.   
Qeyd edək ki, Nizami RPİ DYP şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat alıb. Nizami Rayon Polis İdarəsinin kadrlar şöbəsindən Axar.az-a bildirilib ki, Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat aldıqdan sonra onun yeri vokantdır: “Hazırda daxili əmrlə Malik Ələkbərov Nizami RPİ-nin DYP şöbəsinin rəisi vəzifəsini icra edir”. 
Qaynar.info