Xəbər lenti

”Geniş baxış” ssenari müsabiqəsinin qalibləri açıqlandı
Ölkə09:47 29.05.2013

”Geniş baxış” ssenari müsabiqəsinin qalibləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prodüsserlər Gildiyasının ssenaristlər arasında elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibləri açıqlandı

Nizami Kino Mərkəzində keçirilən tədbirdə çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru və Prodüsserlər Gildiyasının sədri Müşfiq Hətəmov nəticələrdən razı qaldığını bildirib: “Azərbaycanda ilk dəfə olaraq qalib ssenarini prodüserlər özləri seçiblər. Müsabiqənin keçirilməsi müasir dövrümüzdə kino sahəsində mühüm yer tutan "prodüser kinosu" anlayışını ölkəmizdə tətbiq etmək və gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır”.

Qeyd edək ki, müsabiqədə iştirak edənlərin işləri Prodüsserlər Gildiyasına üzv olan prodüsser mərkəzlərinin rəhbərləri və mütəxəssisləri tərəfindən araşdırılaraq qiymət verilib və yekun rəyə görə “Adari Films” prodakşn şirkətindən İradə Bağırzadə “Motivlər...” layihəsi ilə qalib olub.

“Motivlər...” layihəsi 6 (Teymur İsmayılov, Anar Abbasov, Cəfər Axundzadə, Rüfət Həsənov, Vüqar İslamzadə, Elmar İmanov) rejissorun çəkəcəyi 6 qısametrajlı filmdən ibarət kinoalmanaxdır. Layihə çərçivəsində əlavə olaraq daha iki qısametrajlı film nəzərdə tutulur. Filmləri çəkmək üçün rejissor heyəti xaricdə yaşayan və kino təhsili alan azərbaycanlılardan seçilib.

Qaynar.info