Xəbər lenti

“Ginnesin Rekordlar Kitabı”na düşən konsert
Ölkə10:12 27.05.2013

“Ginnesin Rekordlar Kitabı”na düşən konsert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

4 335 nəfərlik xoru Sankt- Peterburq Simfonik Orkestri müşayiət edib.

Rusiyanın Sankt-Peterburq şəhərində minlərlə insan eyni vaxtda mahnı oxuyaraq “Ginnesin Rekordlar Kitabı”na düşüblər. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, “Dünyanın sərhədsiz coşqusu" şüarı ilə bir araya gələn minlərlə insanı Sankt- Peterburq Simfonik Orkesti müşayiət edib. 

Konserti izləmək üçün 25 min nəfər İsak meydanına toplaşıb. Aralarında professor, tələbə və işçilərin də olduğu 4 335 nəfərlik xor, dirijor Vladislav Çernuşenkonun rəhbərliyində 14 mahnı səsləndirib. Yağışlı havaya baxmayaraq konsert 50 dəqiqə davam edib. 

Təşkilatçılar konsertin “Ginnesin rekordlar kitabı”na düşdüyünü açıqlayıblar.

Qaynar.info