Xəbər lenti

Girovlarımız üçün Polşada aksiya - FOTO
Ölkə19:12 18.11.2014

Girovlarımız üçün Polşada aksiya - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Polşada təhsil alan azərbaycanlı gənclər və diasporumuzun üzvləri Helsinki İnsan Haqları Fondunun qarşısında nümayiş ediblər. 

“Qafqazinfo”nun məlumatına görə, nümayiş iştirakçiları əllərində “Helsinki Fondu, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Haqlarını Qoru” plakatlar ilə qeyd olunan təşkilatı əsirlikdə olan azərbaycanlıların talelərinə biganə yanaşmamağa çağırıblar. 

Nümayişin sonunda azərbaycanlı gənclər Helsinki İnsan Haqları Fondunun Varşava ofisinin əməkdaşına Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsir götürülmələri ilə əlaqədar həqiqəti əks etdirən məktubu təqdim ediblər.

Qaynar.info