Xəbər lenti

Girovlarımızın vəkilləri Azərbaycan erməniləridir - FOTOLAR
Ölkə10:58 28.10.2014

Girovlarımızın vəkilləri Azərbaycan erməniləridir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda Ermənistanda girovluqda olan və dünən "məhkəmə"si keçirilən Şahbaz Quliyev və Dilqəm Əsgərovun dövlət tərəfindən təhkim olunan vəkilləri haqda məlumat var.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, kəlbəcərli girovların hər iki vəkili Azərbaycan əsilli ermənilərdir.

Şahbaz Quliyevin vəkili Arkadi İsraelyan 25 may 1968-ci ildə Bakıda anadan olub. 1975-1988-ci illərdə Bakıda Xətai rayonu, Akademik İzzət Orucov küçəsində yerləşən 55 nömrəli məktəbdə oxuyub. 1993-1998-ci illərdə İrəvanda Polis Məktəbində təhsil alıb. Hazırda 46 yaşı var və İrəvanda yaşayır.

Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan isə 18 fevral 1980-ci ildə Xankəndində anadan olub. Oradakı Dövlət Universitetini bitirib. Hazırda İrəvanda yaşayır və 34 yaşı var.

Qaynar.info