Xəbər lenti

Girovluqda olan Dilqəmin Kəlbəcərə ilk səfəri - FOTO
Ölkə07:49 17.07.2014

Girovluqda olan Dilqəmin Kəlbəcərə ilk səfəri - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kəlbəcərdə atasının qəbrini ziyarətə getdiyinə görə işğalçı Ermənistan ordusu tərəfindən tutulmuş Dilqəm Əsgərovun anasının qəbri üzərində şəkli yayılıb.
Qaynar.info "Qoroskop" qəzetinə istinadən xəbər verir ki, şəkilin 1998-ci ildə çəkildiyi bildirilir.

Fotoda Dilqəmin 1984-cü ildə dünyasını dəyişmiş anası Bağdat Rza qızı Həsənovanın qəbrini ziyarət etdiyi göstərilir.

Bunun Dilqəm Əsgərovun Kəlbəcərə işğaldan sonra ilk səfəri olduğu bildirilir. 1993-cü ildə doğma Şaplar kəndini tərk etmiş Dilqəm bu həsrətə cəmi 5 il dözüb və 1998-ci ildə yenidən kəndlərinə gedərək onu qarış-qarış gəzib.

Qaynar.info