Xəbər lenti

Göl ətrafında otel tikdirmək istəyən Hacı Salayev imiş
Ölkə18:19 28.07.2020

Göl ətrafında otel tikdirmək istəyən Hacı Salayev imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafında otel inşa etdirmək istəyən şəxsin kimliyi bəlli olub.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, həmin ərazi sabiq deputat Hacı Salayevin mülkiyyətindədir. H. Salayev Fövqəladə  Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşıdır.
Qeyd edək ki, sabiq deputat böyük biznes imperiyasına malikdir.