Glo Azərbaycanda yeni üslubda ilk mağazasını açdı (FOTOLAR)
Glo Azərbaycanda yeni üslubda ilk
mağazasını açdı.
Yeni açılmış mağaza glo™- tütün qızdırıcı sistemlərin
Azərbaycanda satışını həyata keçirir və tamyeni üslubdadır. Rəsulzadə
küç.5 ünvanında yerləşən mağaza həftənin bütün günləri saat 10:00-dan 22:00-dək
müştərilərinin üzünə açıqdır. Burada paytaxt sakinlərinin yeni nəsil glo™ məhsulunu
əyani olaraq həm sınaqdan keçirmək, həm də əldə etmək imkanı var.
Açılış mərasimində British American
Tobacco şirkətinin rəsmi nümayəndələri və tanınmış simalar iştirak ediblər.
Qeyd edək ki, British American Tobacco
(BAT) Azərbaycandakı distribütoru «SADAF TRADE» QSC ilə birgə bu ilin
sentyabrında glo™ – tütün qızdırıcı sistemlərinin ölkəmizdə satışına başlayıb. Bununla
da, Azərbaycan dünyada bu məhsulun satışda olduğu 16-cı ölkə olub.
glo™ cihazı, yandırmaq
yox, qızdırılma üçün olan tütün tərkibli Kent Neostiks ilə birlikdə istifadə
olunur. Siqaret çəkməklə bağlı risklərin çoxunun məhz tütünün yandırılmasından
yaranması geniş yayılmış məlumatdır. Tütünün yandırılması olmadığına görə glo™-dayaranan
aerozol özündə siqaret tüstüsü ilə müqayisədə 90-95% daha az zəhərli maddə ehtiva
edir1. Bundan əlavə, siqaret çəkməklə müqayisədə glo™ kül yaratmır və daha az qoxu yaradır2.
Məhsul Böyük
Britaniyada bütün dünyadan olan 100-dən çox mütəxəssisin – alimlər, mühəndislər,
dizaynerlər, tütün ekspertləri və toksikoloqların iştirakı ilə hazırlanıb. glo™-nun əsas
üstünlüyü və xüsusiyyəti – istifadə sadəliyi və rahatlığıdır: bir cihaz, bir
düymə və 30 istifadə sessiyasına imkan verən akkumulyator. Bu sadəlik siqaret çəkən insanlarda bu innovativ cihazın
çalışması haqqında düzgün fikir oyadır ki, o da onların siqaret çəkməkdən
potensial olaraq daha az riskli məhsula keçid etdiklərini özündə əks etdirir.
glo™ vəKentNeostiks™ Bakıda marketlərdə, ticarət mərkəzlərində, paytaxtın
böyük supermarketşəbəkələrində, eyni zamanda yeni açılan mağazasında satışdadır.KentNeostiks™ 3 müxtəlif dad çeşidində təqdim olunub: "Rich Tobacco”,
"Bright Tobacco” və "Dark Fresh”. Həmçinin
istehlakçının glo.az internet səhifəsi vasitəsilə və ya *0880 telefon
nömrəsinə zəng edərək özünə rahat olan ünvanda (Bakı şəhəri hüdudlarında) glo™ mütəxəssisi
tərəfindən təqdimat keçirilməsini sifariş etmək imkanı olacaq.
-----------
1Burada və
daha sonra 3R4F (təxminən 9 mq qatran) formatlı standart siqaretdə yanan tütün
tüstüsünün glo™ cihazında qızdırılmış tütünün aerozolu ilə müqayisəsi nəzərdə
tutulur. Müqayisə Ümumdünya Səhiyyə Təşkilatının istehlakını azaltmağı tövsiyə
etdiyi 9 növ zərərli maddə üzrə aparılır. Bu mütləq qaydada o demək deyil ki,
bu məhsul digər tütün məhsulları ilə müqayisədə daha az ziyanlıdır.
2Bu mütləq qaydada o demək deyil ki, bu məhsulun
sağlamlığa təsiri digər tütün məhsullarından daha azdır.
Şərhlər