Xəbər lenti

Gömrük Komitəsindən sərhəddəki terrorla bağlı AÇIQLAMA
Ölkə15:30 15.02.2016

Gömrük Komitəsindən sərhəddəki terrorla bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağıstanda Yol hərəkəti təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin postu yaxınlığında baş vermiş partlayış Azərbaycan gömrüyünün işinə təsir etməyib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Hadisə Azərbaycanla Rusiyanı birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.
Komitədən bildiriblər ki, Rusiya ilə sərhəddəki gömrük-buraxılış məntəqələri adi rejimdə işləyirlər. Heç bir növbə, izdiham yoxdur.
Qeyd edək ki, bu gün səhər saatlarında Dərbənd rayonunda Dövlət Müfəttişliyinin Cemikənd postunun yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, 6 polis və 6 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qaynar.info