Xəbər lenti

Gömrükdə 9 mindən çox pirotexniki vasitə tutuldu
Ölkə17:59 17.12.2016

Gömrükdə 9 mindən çox pirotexniki vasitə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gömrükdə 9200 ədəd pirotexniki vasitələr aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Qaynarinfo.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan ölkəmizə gələn, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 9200 ədəd pirotexniki vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az