Xəbər lenti

Gömrükdə əməliyyat: 20 400 ədəd siqaret götürüldü
Ölkə18:29 03.03.2016

Gömrükdə əməliyyat: 20 400 ədəd siqaret götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

 Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Apa-ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük postunda İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

 Baxış  zamanı avtomobilin yük yerindəki  xüsusi rezin üstlüyün altından gömrük nəzarətindən gizlədilən, üzərində “Meqan” sözləri yazılı hər birində 10 qutu olmaqla 50 blok, həmin avtomobilin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən hər birində 10 qutu olmaqla 21 blok, avtomobilin salonundakı ön şitin altından hər birində 10 qutu olmaqla 8 blok, mühərrik yerindəki boşluqlardan isə hər birində 10 qutu olmaqla 23 blok üzərində “D&J” yazısı olan siqaretlər aşkar edilib.

 Ümumilikdə avtomobildən  gömrük nəzarətindən gizlədilərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməyə cəhd göstərilən  2 adda 20 400 ədəd siqaret  aşkar edilərək götürülüb.

 Faktla bağlı araşdırma aparılır.

Qaynar.info