Xəbər lenti

Gömrükdə tutuquşu əməliyyatı
Ölkə06:18 18.02.2016

Gömrükdə tutuquşu əməliyyatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevralın 17-də bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan ərazisindən Rusiyaya 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətə uyğun olmayan məlumat yayıb.

Bu barədə  Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti məlumat verib.

Komitədən bildirilib ki, sözügedən 380 ədəd yox, 450 baş tutuquşu məlumatda deyildiyi kimi Rusiya ərazisində deyil, Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub: "Həmçinin onu da diqqətə çatdırırıq ki, Azərbaycan vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiyadan Azərbaycana gətirmək istəyərkən “Samur” gömrük postunda saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info