Xəbər lenti

Gәnc qız nişan әrәfәsindә intihar etdi - Azәrbaycanda
Ölkə13:31 26.10.2014

Gәnc qız nişan әrәfәsindә intihar etdi - Azәrbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İntihar edən gənc qızın başqasını sevdiyi iddia edilir. Siyəzən şəhərində bədbəxt hadisə baş verib. 

Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Belə ki, dünən gecə Gülpəri Vasif qızı Quliyevanın yaşadığı evin sanitar qovşağında ipdən asılmış meyiti tapılıb. 

1990-cı il (2 oktyabr) təvəllüdlü gənc qızın bu günlərdə nişanı olacaqmış. İlkin ehtimala görə, gənc qız başqasını sevib və məhz buna görə də intihar edib. 

Hadisə ilə bağlı Siyəzən Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan bildirilib ki, hazırda araşdırma aparılır və intiharın təfərrüatı yaxın vaxtlarda məlum olacaq.

Qaynar.info