Xəbər lenti

GÜNELİN MÖVLUDU
Ölkə11:12 26.04.2013

GÜNELİN MÖVLUDU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elnaz Eyvazlı

Bizdə cəbhə sözü yalnız izahlı lüğətlərdəhəqiqi mənasını daşıyır. Realda isə biz cəbhə sözünü çeynəmişik.Yerli-yersiz işlətməklə sözü gözdən salıb ağır-yüngül etmişik. Məsələn,bax, bu AYB-AYO “cəbhələri” ki var, çox qəliz məsələdir. Hardan gəldi,hara getdi bilinmədi, ara yerdə insanlar bir-birindən utanır. Məsələn,AYO-çularla üz-üzə gəlib, xüsusən də, bir balaca soyuq münasibət görəndəaz qalıram deyəm ki, vallah da, billah da Anar mən deyiləm. And olsuntökülən qanlara ki, 37-də əli qana batanların mənə qohumluğu-filanı daçatmır. Arada da çox isti münasibət, hətta sevgi hiss edəndə ürəyim dağadönür, kövrəlirəm, sevinirəm. Məsələn, tədbirlərdən birində RasimQaracadan gördüyüm münasibət kimi.

Və ya hər hansı bir AYB-çininqarşı “cəbhəyə” olan naftalin qoxulu münasibətini görəndə dəli oluram.Məgər AYB-dən kənarda ədəbiyyat yaratmaq ayıbdır?!

Günel Mövludun kitab təqdimatına da bu düşüncələrimi saf-çürük edə-edə getdim.

Məkanınşəhərin bir balaca əldən-ayaqdan uzaq yerində yerləşməsinə baxmayaraq,təqdimata xeyli adamın gəlməsinə sevindim. Bu, həm də kitaba olansevginin göstəricisidir. Hər kitab bir doğuşdur. Müəllif onu dünyayagətirənə qədər ağrı çəkir, ağrılardan keçir, əzablarını qusur. Bir az dahəyatı acılar, əzablarla zəngindirsə, o kitab daha gözəl, doğuluşu dahaçətin, ağrılı olur. Hər kitab müəllifin dünyaya bir də gəlişidir,mövlududur...

Əslində, sevincimə səbəb olan bir çox nüanslarvardı. İçəri daxil olan kimi virtual dostum (özü demiş, ruh qardaşım)Seymur Həzidən gördüyüm münasibətin müsbət enerjisini bütün zaldaduyunca, xeyli məmnun oldum. O ki qaldı səbəbkara, əvvəl məni, sonra daqızımı yüz ilin dostu kimi bağrına basması bütün qarışıq fikirləriməsığal çəkdi.

Bəzi tədbirlərdən fərqli olaraq, bura gələnlərin nəxüsusi sifariş və ya göstərişlə, nə də hər hansı bir təmənna ilə deyil,öz istəkləri ilə gəldiyi məlum.

Təəssüf ki tədbirdə sonacaniştirak edə bilmədim, amma zaman kəsiyidə aldığım zövq mənə yetdi. Həttabinanı tərk edib çıxanda qızım:
- Ana, nə gözəl tədbir idi, yenə gətirərsən məni, - dedi.

Kitabı imzalatdırıb oturan kimi vərəqləməyə başladım (Günel kitabı qızım üçün imzaladı, o da o ki var mənə acıq verdi).

SeymurBaycanın yazdığı ön sözü oxuyub düşündüm ki, xoşbəxtlər heç vaxt bizianlamayacaq (ön sözü oxuyanlar nə dediyimi anlamalı) ...
Kitabınredaktoru Zaur Qurbanlı həbs olunduğuna görə kitabın redaktəsi yarımçıqqalıb və təbii ki, heç kəs bu yarımçıq işi tamamlamağa qıymazdı.

Bugünə güzgü tutan fotolara görə Abbas Atilaya da təşəkkür düşür. Fotolarhamısı təsirli və ürəkgöynədən mənzərələri əks etdirir. Onu da deyimki, 104-cü səhifədəki küçədə, daşın üstündə, mağazanın qarşısında yatanqadının ayaqqabılarını soyunub cütlədiyi foto daha kədərli gəldi mənə.

Kitabıoxuduqca düşünürsən, düşünürsən... və görürsən ki, qarşında açılan“Bazar lövhələri” səni “Fenozepam” atıb yatmağa, “Şairlər” xoşbəxtliyinqafiyəsini tapana qədər yatmağa sövq edir.

Bu şeirləri oxuduqca,“kişi ovuclarının içi isti, üstü soyuq,” – deyib “Bir gözlük sevgi” üçünburnunun ucu göynəyir, “Ümid” edirsən ki, bir “Axşamçağı” O, “Uzaq”“Məsafələr”ə baxmayıb gələcək, yenə sənin olacaq, Onu xəyal edirsən,amma “Yastığımdakı ilan” səni yuxuda da “Qoymur rahat sevişməyə”...

Buşeirləri oxuduqca, hamıya və hər şeyə üsyan etmək, “Bəsdi!” deyibhayqırmaq istəyirsən, bezirsən damarlarına müştəri gözü ilə baxmaqdan,intihar etməyə cəsarətin, yaşamağa gücün çatmadığından utanır,yorulursan. Ətrafında baş verən haqsızlıqlara, insanların əzabına dözəbilmirsən, yalanlardan üzgünsən, iyrənirsən yalançı adamlardan, qorxaqdil pəhləvanlarından...  Və yüyürüb bütün varlığınla  “Kilsə zənglərini”silkələmək, “Müxalifətə səsləniş” etmək istəyirsən...