Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu vəzifəsindən ayrılıb.
Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatınaa görə, o, bu gün ərizə yazaraq işdən çıxıb.
Gömrük Komitəsindən saytımıza məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, F. Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Onun 36 yaşı var.